Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 72,131 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,6 % çoxdur.
Təkcə mayda Türkiyə Azərbaycana 13,67 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 26,8 % çoxdur.
Hesabat dövründə Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 7,3 % artaraq 5 milyard 053,8 milyon ABŞ dollarına, mayda isə 13,8 % artaraq 1,066 milyard ABŞ dollarına çatıb.