Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 58,461 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,9 % çoxdur.
Təkcə apreldə Türkiyə Azərbaycana 10,814 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 4,3 % çoxdur.
Hesabat dövründə Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 6 % artaraq 4 milyard 002,4 milyon ABŞ dollarına, apreldə isə 3,3 % artaraq 885,631 milyon ABŞ dollarına çatıb.