Azərbaycan Türkiyədən taxıl və paxla məhsullarının idxalına çəkdiyi xərci 3 dəfəyədək artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 102,409 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur.

Təkcə bu ilin avqust ayında isə Türkiyə Azərbaycana 21,909 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da, illik müqayisədə 2,8 dəfə və ya 183,1 % çoxdur.

Bu ilin ilk 8 ayında Türkiyənin ümumi taxıl, paxlalılar, yağlı toxumların və onun məhsullarının ixracının dəyəri illik müqayisədə 30,3 % artaraq 7,248 milyard ABŞ dollarına, avqust ayında isə bu məhsul ixracının dəyəri 28,1 % artaraq 0,999 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər