Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 62,436 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və məhsulları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % çoxdur.
Təkcə bu ilin may ayında isə Türkiyə Azərbaycana 10,047 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 48,3 % çoxdur.
Bu ilin ilk 5 ayında Türkiyənin bu məhsulların ümumi ixracından qazancı illik müqayisədə 32,3 % artaraq 4,47 milyard ABŞ dollarına, may ayında isə bu məhsulların ixracının dəyəri 43,4 % artaraq 874 milyon ABŞ dollarına çatıb.