Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 9,305 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur.
Təkcə mayda Türkiyə Azərbaycana 2,056 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 2,3 % çoxdur.
Hesabat dövründə Türkiyənin meyvə və tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 24,7 % artaraq 1,126 milyard ABŞ dollarına, mayda isə 17,7 % artaraq 218 milyon ABŞ dollarına çatıb.