Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 4 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 10,33 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % çoxdur.

Təkcə bu ilin iyul ayında isə Türkiyə Azərbaycana 1,785 milyon ABŞ dollarlıq dəyərində meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 22,9 % çoxdur.

Bu ilin ilk 7 ayında Türkiyənin ümumi meyvə və tərəvəz məhsulları ixracının dəyəri illik müqayisədə 20,9 % artaraq 1,314 milyard ABŞ dollarına, iyul ayında isə - 5,8 % artaraq 0,161 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər