Bu ilin yanvar-aprel aylarında Azərbaycan 4 min 050 ton süd və qaymaq idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 8 milyon 910 min ABŞ dollar təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 210 ton (5,4 %), dəyər baxımından isə 3 milyon 289 min ABŞ dolları (58,5 %) çoxdur.
Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.