Bu il yanvar-oktyabr aylarında Azərbaycan 8 min 361 ton süd idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə südün dəyəri 11 milyon 271 min ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq miqdar ifadəsində 57 ton (0,68 % ) çoxdur, dəyər ifadəsində isə 2 milyon 142 min ABŞ dolları (15,9 % ) azdır.
Bu il Azərbaycanın süd idxalına çəkdiyi xərc 16,5 % azalıb.
Belə ki, 2020-ci ilin ilk 10 ayında Azərbaycana 13 milyon 413 min ABŞ dolları dəyərində 8 min 304 ton süd idxal edilib. Ötən il 1 ton südün dəyəri 1 milyon 615 ABŞ dolları təşkil edib, bu il isə bu göstərici 1 milyon 348 ABŞ dolları təşkil edib.
Hesabat dövründə süd idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0, 12 %-ini təşkil edib.