Azərbaycan Səudiyyə Ərəbistanına xiyar tədarükünü 3 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 833 min ABŞ dolları dəyərində 1 min ton xiyar ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 35 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 797 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 60 % azdır) 1 min ton (-30 %), Səudiyyə Ərəbistanına 23,63 min ABŞ dolları dəyərində (+7 dəfə) 1,99 ton (+3 dəfə) və Ukraynaya 11,88 min ABŞ dolları dəyərində (-83 %) 19,8 ton (-83 %) məhsul satıb.

2023-cü ildə Azərbaycana 6 ölkədən idxal edilmiş 3 min 649 ton xiyarın 96,3 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər