Bu ilin yanvar-fevral aylarında Azərbaycan 773 min ABŞ dolları dəyərində 1 931 ton kələm (gül kələmindən, Brüssel kələmindən və brokkolidən başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 98 dəfə, kəmiyyət olaraq – 149 dəfə azdır.
Azərbaycan İrandan 697 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 89 dəfə çoxdur) 1 741 ton (+134 dəfə) və Rusiyadan 76 min ABŞ dolları dəyərində 190 ton məhsul alıb.
Azərbaycan 1 il 2 aylıq fasilənin ardından Rusiyadan kələm tədarükünü bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 76 ton kələmin 67 %-i İranın payına düşüb.