Bu ilin yanvar-iyun aylarında Azərbaycan 136,95 milyon ABŞ dolları dəyərində 114 min 246 ton pomidor ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13,4 %, kəmiyyət olaraq – 6 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 133,82 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 14,5 % çoxdur) 112 min 704 ton (+6,5 %), Belarusa 2,48 milyon ABŞ dolları dəyərində (+11 %) 1 min 101 ton (+15,4 %), Polşaya 433 min ABŞ dolları dəyərində (-66 %) 252 ton (-71 %), Qətərə 68,4 min ABŞ dolları dəyərində (+54 dəfə) 76 ton (+152 dəfə), Gürcüstana 54,76 min ABŞ dolları dəyərində 57 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
2023-cü ildə Azərbaycandan 12 ölkəyə ixrac edilmiş 141 min ton pomidorun 97,8 %-i Rusiyanın payına düşüb.