Bu ilin yanvar ayında Azərbaycan 17,1 milyon ABŞ dolları dəyərində 21 min ton xurma ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 58 %, kəmiyyət olaraq – 49 % çoxdur.
Azərbaycan Rusiyaya 15,58 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51 % çoxdur) 19 min ton (+46 %), Ukraynaya 870 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 1 min 132 ton (+19 %), Türkiyəyə 214 min ABŞ dolları dəyərində 374 ton (bir il əvvəl tədarük olmayıb), Qazaxıstana 194 min ABŞ dolları dəyərində (+5 dəfə) 296 ton (+4 dəfə), Belarusa 127 min ABŞ dolları dəyərində (+3,3 %) 108 ton (+46 %) məhsul satıb.
2023-cü ildə Azərbaycandan 12 ölkəyə ixrac edilmiş 165 min ton xurmanın 89 %-i Rusiyanın payına düşüb.