Azərbaycan qarğıdalı idxalını 19 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 21 min 948 ton qarğıdalı idxal edib.

“Report” Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 7 milyon 325 min ABŞ dolları təşkil edib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm ifadəsində 3 517 ton (19 %) çoxdur, dəyər ifadəsində isə 1 milyon 870 min ABŞ dolları (34,2 %) çoxdur.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,25 %-ini təşkil edib.

Digər xəbərlər