Azərbaycan Özbəkistan və Əfqanıstandan əncir almağa başlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 119,1 min ABŞ dolları dəyərində 22,46 ton əncir (təzə və ya qurudulmuş) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 59 %, kəmiyyət olaraq – 62 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 70,44 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,2 % azdır) 10,72 ton (-53 %), Özbəkistandan 40,56 min ABŞ dolları dəyərində 10,14 ton, İrandan 4,98 min ABŞ dolları dəyərində (+46 %) 1 ton (+2,6 dəfə) və Əfqanıstandan 3,11 min ABŞ dolları dəyərində 0,6 ton əncir alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistan və Əfqanıstandan tədarük həyata keçirilib.

Digər xəbərlər