Bu ilin yanvar-iyun aylarında Azərbaycan 122 milyon 439 min ABŞ dolları dəyərində 188 milyon 598 min ton meyvə-tərəvəz idxal edib.
Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə müvafiq olaraq 7,5 % və 15,24 % azdır.
Hesabat dövründə ölkənin ümumi idxalında meyvə-tərəvəz idxalının payı 1,49 % təşkil edib.
İlin 6 ayında ölkədən 350 milyon 428 min ABŞ dolları dəyərində 348 milyon 774 min ton meyvə-tərəvəz ixrac edilib. Bu isə illik müqayisədə müvafiq olaraq 6,8 % və 13,8 % çoxdur.
Dövr ərzində meyvə tərəvəz ixracının ölkənin ümumi ixracında payı 1,95 %, qeyri-neft sektoru məhsullarının ixracında payı isə 19,76 % olub.