Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 150,131 milyon ABŞ dolları dəyərində 261 min 979 ton meyvə-tərəvəz idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,68 milyon ABŞ dolları (6,1 %) və 27 min 702 ton (11,8 %) çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz idxalı Azərbaycanın ümumi idxalının 1,8 %-ini təşkil edib.