Azərbaycan meşə fındığı ixracından qazancını 2 dəfədən çox artırıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan 113,9 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.

Sənədə əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon ABŞ dolları və ya 5,1 % çoxdur.

Ötən ilin noyabr ayında Azərbaycan 18,9 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 9,9 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 % artaraq 3,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeyinti məhsullarının ixracı 12,3 % artaraq 923 milyon ABŞ dollarına bərabər olub.

Digər xəbərlər