Azərbaycan kərə yağı idxalını artırıb

2022-ci ilin yanvar ayında Azərbaycana 1 137 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 6 milyon 377 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 67 ton (6,2 % ) çoxdur, dəyər ifadəsində isə 1 milyon 012 min ABŞ dolları (18,8 %) çoxdur.

Qeyd edək ki, Azərbaycan 2022-ci ilin yanvar ayında 2 155,9 ton kərə yağı istehsal edilib, bu 2021-ci illin müvafiq dövrü ilə müqayisədə 3,9 % çoxdur.

Digər xəbərlər