Azərbaycan İspaniyadan meyvə ağaclarının alışını 37 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 7,52 milyon ABŞ dolları dəyərində 2 milyon 241 min ədəd ağac, kol və kolluq (yeməli bar gətirən) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 80 %, kəmiyyət olaraq – 33 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 4,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 44 % çoxdur) 1 milyon 560 min ədəd (+24 %), İtaliyadan 1,39 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 211 min ədəd (+2,2 dəfə), Yunanıstandan 613 min ABŞ dolları dəyərində (+3 dəfə) 181 min ədəd (+2,5 dəfə), İspaniyadan 574 min ABŞ dolları dəyərində (+21 dəfə) 131 min ədəd (+37 dəfə), Serbiyadan 218 min ABŞ dolları dəyərində 52 min ədəd məhsul alıb.

2023-cü ildə Azərbaycana 18 ölkədən idxal edilmiş 5 milyon 734 min ədəd ağac, kol və kolluğun 68 %-i Türkiyənin payına düşüb.

Digər xəbərlər