Azərbaycan İrandan gül kələm və brokkoli alışını kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 385,33 min ABŞ dolları dəyərində 308,3 ton gül kələmi və brokkoli idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər və kəmiyyət ifadəsində 4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 380,35 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çoxdur) 304,28 ton (+4 dəfə), və Türkiyədən 4,97 min ABŞ dolları dəyərində (-29 %) 3,98 ton (-29 %) məhsul alıb.

2023-cü ildə Azərbaycana 4 ölkədən idxal edilmiş 202 ton gül kələm və brokkolinin 95 %-i İranın payına düşüb.

Digər xəbərlər