Azərbaycan iki ölkədən kahı alışını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 406,2 min ABŞ dolları dəyərində 575,71 ton kahı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 25 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 402,75 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 575,35 ton (+20 %), İspaniyadan 2,93 min ABŞ dolları dəyərində 0,32 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 0,31 min ABŞ dolları dəyərində 0,02 ton (bir il əvvəl tədarük olmayıb), Niderlanddan 0,14 min ABŞ dolları dəyərində 0,01 ton, Çindən 0,07 min ABŞ dolları dəyərində 0,01 ton kahı alıb.

Azərbaycan 1 il 8 aylıq fasilənin ardından Niderland və Çindən kahı tədarükünü bərpa edib.

Digər xəbərlər