Azərbaycana ötən ay 3 min 165 ton ət idxal edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 5 milyon 720 min ABŞ dolları təşkil edib.
Bu, 2021-ci ilin dövrü ilə müqayisədə müvafiq olaraq 808 ton (34,2 %) yaxud da 1 milyon 416 min ABŞ dolları (32,8 % ) ton çoxdur.
Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0, 59 %-ini təşkil edib.
Xatırladaq ki, yanvar ayında ölkədə 44,4 min ton ət istehsal edilib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 % çoxdur.