2023-cü ilin yanvar ayında Azərbaycana 2 min 692 ton ət idxal edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 4 milyon 882 min ABŞ dolları təşkil edib.
Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 473 ton (14,9 %), dəyər baxımından isə 838 min ABŞ dolları (14,6 %) azdır.
Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxalının 0,35 %-ini təşkil edib.
Xatırladaq ki, 2021-ci illə müqayisədə 2022-ci ildə diri çəkidə ət istehsalı 3 % artaraq 628 min ton olub.