Azərbaycan 2022-ci ilin yanvar ayında 5,833 milyon ABŞ dolları dəyərində 3 min 695,53 ton qarğıdalı yağı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 5,5 %, kəmiyyət olaraq – 11,2 % azalıb.
Hesabat dövründə Argentinadan 5,404 milyon ABŞ dolları dəyərində 3 min 483 ton, Türkiyədən 210,95 min ABŞ dolları dəyərində 100,25 ton, Rusiyadan 208,23 min ABŞ dolları dəyərində 108,23 ton, İtaliyadan 9,67 min ABŞ dolları dəyərində 3,95 ton, Almaniyadan 0,31 min ABŞ dolları dəyərində 0,1 ton məhsul alınıb.
Ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə Argentinadan tədarük müvafiq olaraq 7,6 % və 12,6 % azalıb, Türkiyədən – 2,1 dəfə və 2 dəfə artıb, Rusiyadan – 6,1 % artıb və 0,5 % azalıb, İtaliyadan – 66,7 % və 73,6 % azalıb. 2021-ci ilin yanvarında Almaniyadan qarğıdalı yağı idxal olunmayıb.
Argentina qarğıdalı yağı tədarük etdiyimiz əsas bazardır. Ötən il ölkəyə gətirilən qarğıdalı yağının 95,8 %-i bu ölkənin payına düşüb.