Bu ilin yanvar-fevral aylarında Azərbaycan 750 min ABŞ dolları dəyərində 710,85 ton heyva ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 741 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 dəfə çox) 707,25 ton (+2,6 dəfə), Səudiyyə Ərəbistanına 7,36 min ABŞ dolları dəyərində (-3 %) 0,38 ton (-42 %) və Qazaxıstana 1,61 min ABŞ dolları dəyərində (-45 %) 3,22 ton (-50 %) heyva satıb.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 2 903 ton heyvanın 97 %-i Rusiyanın payına düşüb.