Azərbaycan düyü idxalını artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 16 min 018 ton düyü idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə düyünün dəyəri 13 milyon 107 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 460 ton (2,9 %), dəyər ifadəsində isə 2 milyon 381 min ABŞ dolları (22,1 %) çoxdur.

Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,45 %-ini təşkil edib.

Digər xəbərlər