Azərbaycan daha 2 ölkədən ördək əti tədarük etməyə başlayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 115 min ABŞ dolları dəyərində 27 ton ördək əti idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 51 %, kəmiyyət olaraq – 23 % çoxdur.

Hesabat dövründə Azərbaycana Rusiyadan 84,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 69 % çoxdur) 19 ton (-1,6 %), İrlandiyadan 14,42 min ABŞ dolları dəyərində 3,5 ton, Türkiyədən 12,57 min ABŞ dolları dəyərində 4,59 ton, Macarıstandan 2,1 min ABŞ dolları dəyərində 0,08 ton (bir il əvvəl tədarük olmayıb), Bolqarıstandan 0,73 min ABŞ dolları dəyərində 0,03 ton məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstan və İrlandiyadan tədarük həyata keçirilib.

Digər xəbərlər