Ötən il Azərbaycana 10,36 milyon ABŞ dolları dəyərində 2 min 872 ton toyuq ətindən hazır və ya konservləşdirilmiş məhsul idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 8,4 %, kəmiyyət olaraq – 10 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 2,63 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % azdır) 991 ton (-26 %), Macarıstandan 2 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 332 ton (+2 dəfə), Almaniyadan 1,9 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 339 ton (+2 dəfə), Belarusdan 1,3 milyon ABŞ dolları dəyərində (-24 %) 478 ton (-14 %), Ukraynadan 1,28 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 403 ton (+2,6 dəfə) məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İordaniyadan (48 min ABŞ dolları dəyərində 8 ton) və Rumıniyadan (3,72 min ABŞ dolları dəyərində 0,64 ton) tədarük həyata keçirilib.