Azərbaycan Çeçenistandan 1,3 min ton taxıl alıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Rusiyanın Çeçenistan Respublikasından 1 320 ton taxıl məhsulu idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, I yarımildə Çeçenistandan ümumilikdə 34 660 tondan çox taxıl məhsulu ixrac edilib ki, bu da, illik müqayisədə 35,5 % çoxdur.

Hesabat dövründə bölgədən ən çox taxıl məhsulu Gürcüstana (11 173 ton), Ermənistana (10 177 ton), İraqa (5 172 ton), İrana (3 227 ton) və Əfqanıstana (1 875 ton) göndərilib.

Digər xəbərlər