Bu ilin yanvar-iyul aylarında Azərbaycana 429,8 min ton buğda idxal edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 154,7 milyon ABŞ dolları təşkil edib.
7 aylıq idxalıın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 21 min ton ( 5,1 % ) çoxdur, dəyəri isə 50,9 milyon (49 %) ABŞ dolları çoxdur.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 2,1 %-ini təşkil edib.