Tovuz və Goranboyda aqrar sahədə tədbirlər keçiriləcək

Oktyabrın 20-də Tovuz rayonunda növbəti Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçiriləcək.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, festival saat 14:00-da Tovuzdakı "ASAN xidmət" mərkəzində baş tutacaq.

Oktyabrın 21-də isə Goranboy rayonunda "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi keçiriləcək. Panel müzakirəsi saat 14:00-da Goranboy Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunacaq.

Digər xəbərlər