Bu ilin yanvar-mart aylarında Azərbaycan 356 min 147 ton buğda idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 173 min 283 ton (94,7 %) çoxdur.
İdxal olunan buğdanın dəyəri isə il ərzində 46 milyon 367 min ABŞ dolları (74,3 %) artaraq 108 milyon 758 min ABŞ dollara çatıb.
Buğda idxalı Azərbaycanın ümumi idxalının 2,13 %-ini təşkil edib.