Azərbaycan buğda idxalını 33 % artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 409 min 038 ton buğda idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 123 milyon 989 min ABŞ dollar olub.

Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 100 min ton 996 (32,8%), dəyər baxımından isə 18 min 719 ABŞ dolları (17,8 %) çoxdur.

Hesabat dövründə Azərbaycanın buğda idxalına çəkdiyi xərc ümumi idxal xərclərinin 2,6 %-ini təşkil edib.

Digər xəbərlər