Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 52,678 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və məhsulları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 % çoxdur.
Təkcə bu ilin aprel ayında isə Türkiyə Azərbaycana 11,702 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 31,8 % çoxdur.
Bu ilin ilk 4 ayında Türkiyənin ümumi taxıl, paxlalılar, yağlı toxumların və məhsulların ixracının dəyəri illik müqayisədə 31,7 % artaraq 3,645 milyard ABŞ dollarına, aprel ayında isə bu məhsulların ixracının dəyəri 9,3 % artaraq 819,394 milyon ABŞ dollarına çatıb.