Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 5,05 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % çoxdur.
Təkcə bu ilin aprel ayında isə Türkiyə Azərbaycana 1,585 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 8,6 % azdır.
Bu ilin ilk 4 ayında Türkiyənin ümumi meyvə və tərəvəz məhsulları ixracının dəyəri illik müqayisədə 36,2 % artaraq 813,4 milyon ABŞ dollarına, aprel ayında isə bu məhsulların ixracından qazancı 31,4 % artaraq 207,225 milyon ABŞ dollarına çatıb.