Azərbaycan Bolqarıstandan mərci almağa başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 5,4 milyon ABŞ dolları dəyərində 6 212 ton mərci idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 1 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 2,72 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % azdır) 3 370 ton (-33 %), Qazaxıstandan 2,3 milyon ABŞ dolları dəyərində (+62 %) 2 775 ton (+63 %), Qırğızıstandan 1,1 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 1 239 ton (+3 dəfə), Türkiyədən 38,1 min ABŞ dolları dəyərində (+58 %) 32,53 ton (+74 %), Bolqarıstandan 35,6 min ABŞ dolları dəyərində 26 ton mərci alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstandan tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycana 7 ölkədən idxal edilmiş 7 min 774 ton mərcinin 66,3 %-i Rusiyanın, 26 %-i Qazaxıstanın payına düşüb.

Digər xəbərlər