Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 462,2 min ABŞ dolları dəyərində 470,65 ton heyva ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 48 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 448,46 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 72 % çoxdur) 455,8 ton (+67 %), Belarusa 6,22 min ABŞ dolları dəyərində (+19 %) 5 ton (-13 %), Qazaxıstana 5,4 min ABŞ dolları dəyərində (+10,4 dəfə) 9,22 ton (+6,6 dəfə), Səudiyyə Ərəbistanına 1,93 min ABŞ dolları dəyərində 0,5 ton (ilk dəfə tədarük olub), Qətərə 0,1 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) meyvə satıb.
Azərbaycan 3 ilin tamamından Birləşmiş Ərəb Əmirliklərinə (0,11 min ABŞ dolları dəyərində 0,08 ton) heyva tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycandan (6 ölkəyə) ixrac edilmiş 1 min 619 ton heyvanın 94,4 %-i Rusiyanın payına düşüb.