Azərbaycan ABŞ və İraqa kərə yağı ixracına başlayıb

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 15,12 min ABŞ dolları dəyərində 2,67 ton kərə yağı tədarük olunub.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 99,12 %, kəmiyyət olaraq - 99,31 % azdır.

Hesabat dövründə kərə yağımızın 14,07 min ABŞ dolları dəyərində 2,48 tonu İraqa, 1,05 min ABŞ dolları dəyərində 0,19 tonu isə ABŞ-a göndərilib.

Bir il 7 aylıq aradan sonra İraqa tədarük bərpa olunub. Ən azı son on ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) Azərbaycandan ABŞ-a kərə yağı tədarük edilməyib.

Digər xəbərlər