Azərbaycan 11 ayda xurma ixracından 91 milyon dollar gəlir əldə edib

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 124 min 724 ton xurma ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 91 milyon 420 min ABŞ dollar olub.

Bunlar, 2022-ci ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 min 148 ton (5,1 %), dəyər baxımından isə 1 milyon 923 min ABŞ dolları (2,1 % ) çoxdur.

11 ay ərzində xurma ixracından gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,3 %-ni təşkil edib.

Digər xəbərlər