Almaniya Azərbaycana pambıq tədarük etməyə başlayıb

Ötən ilin 11 ayı ərzində Azərbaycan 187,658 milyon ABŞ dolları dəyərində 113 min 515,91 ton pambıq mahlıcı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 69,53 %, kəmiyyət olaraq 38,53 % çoxdur.

Hesabat dövründə Türkiyəyə 175,357 mln ABŞ dolları dəyərində 106 min 293,16 ton, İrana 12,271 mln ABŞ dolları dəyərində 7 min 202,22 ton, Rusiyaya 29,76 min ABŞ dolları dəyərində 20,52 ton məhsul göndərilib.

2020-ci ilin yanvar-noyabr aylarının göstəciləri ilə müqayisədə Türkiyəyə tədarük müvafiq olaraq 72,2 % və 39,88 % artıb, İrana – 39,44 % və 21,87 % artıb, Rusiyaya – 47,3 % və 53,03 % azalıb.

Hesabat dövründə Azərbaycana xaricdən 2,05 min ABŞ dolları dəyərində 0,53 ton pambıq mahlıcı gətirilib ki, bu da əvvəlki illə müqayisədə dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 3,8 dəfə çoxdur.

Türkiyədən 0,97 min ABŞ dolları dəyərində 0,24 ton, Çindən 0,79 min ABŞ dolları dəyərində 0,26 ton, Almaniyadan 0,29 min ABŞ dolları dəyərində 0,04 ton məhsul alınıb. 2020-ci ilin 11 ayının göstəricləri ilə müqayisədə Türkiyədən idxal müvafiq olaraq 5,7 dəfə və 6 dəfə artıb, Çindən – 12,9 % və 2,6 dəfə artıb. Ötən ilə kimi son on ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) Almaniyadan ölkəmizə pambıq mahlıcı tədarük olunmayıb.

Digər xəbərlər