Mariya Zaxarova: "Azərbaycan, Rusiya və İran XİN başçılarının görüşü regionun iqtisadi inkişafı və sabitliyi üçün vacibdir"

Mariya Zaxarova: "Azərbaycan, Rusiya və İran XİN başçılarının görüşü regionun iqtisadi inkişafı və sabitliyi üçün vacibdir" Bunu "Report"a açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib
Xarici siyasət
7 Aprel , 2016 16:50
Mariya Zaxarova: Azərbaycan, Rusiya və İran XİN başçılarının görüşü regionun iqtisadi inkişafı və sabitliyi üçün vacibdir

Bakı. 7 aprel. REPORT.AZ/ "Bu gün Bakıda keçirilmiş Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşü regionun iqtisadi inkişafı və sabitliyi üçün vacibdir".

Bunu "Report"a açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O, görüşlə bağlı daha ətraflı dəyərləndirməni Rusiyanın xarici işlər naziri Sergey Lavrovun danışıqlardan sonra mətbuat konfransında etdiyini əlavə edib.

Xatırladaq ki, bu gün Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üştərəfli görüşü keçirilib. Tərəflər qarşılıqlı əməkdaşlıq, gündəlikdə dayanan aktual regional məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi