Yuxarı

Mariya Zaxarova: "Azərbaycan, Rusiya və İran XİN başçılarının görüşü regionun iqtisadi inkişafı və sabitliyi üçün vacibdir"

Bunu Reporta açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib

Bakı. 7 aprel. REPORT.AZ/ "Bu gün Bakıda keçirilmiş Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşü regionun iqtisadi inkişafı və sabitliyi üçün vacibdir".

Bunu "Report"a açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O, görüşlə bağlı daha ətraflı dəyərləndirməni Rusiyanın xarici işlər naziri Sergey Lavrovun danışıqlardan sonra mətbuat konfransında etdiyini əlavə edib.

Xatırladaq ki, bu gün Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üştərəfli görüşü keçirilib. Tərəflər qarşılıqlı əməkdaşlıq, gündəlikdə dayanan aktual regional məsələləri müzakirə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi