Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov təşkilatın Büro və Daimi Komitəsinin iclaslarında iştirak edəcək. Bu barədə "Report"a Milli Məclisdən məlumat verilib.
Martın 5-də və 6-da Parisdə keçiriləcək iclaslarda Avropa Şurasına üzv dövlətlərdə qanunun aliliyinə olan təhdidlər, Avropa institutları və insan haqları, miqrant diasporların demokratikləşmə prosesində iştirakı və bir sıra təşkilati məsələlər müzakirə olunacaq.