Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitəsinin iclaslarında iştirak edəcək

Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitəsinin iclaslarında iştirak edəcək İclaslarda Avropa Şurasına üzv dövlətlərdə qanunun aliliyinə olan təhdidlər və digər vacib məsələlər müzakirə olunacaq
Xarici siyasət
4 Mart , 2015 11:31
Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitəsinin iclaslarında iştirak edəcək

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov təşkilatın Büro və Daimi Komitəsinin iclaslarında iştirak edəcək. Bu barədə "Report"a Milli Məclisdən məlumat verilib.

Martın 5-də və 6-da Parisdə keçiriləcək iclaslarda Avropa Şurasına üzv dövlətlərdə qanunun aliliyinə olan təhdidlər, Avropa institutları və insan haqları, miqrant diasporların demokratikləşmə prosesində iştirakı və bir sıra təşkilati məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi