Səfir: "Azərbaycan Pakistana öz yardımını təklif edib"

Səfir: "Azərbaycan Pakistana öz yardımını təklif edib" "Azərbaycan zəlzələdən zərər çəkən Pakistana öz yardımını təklif edən ilk ölkələrdən biri olub"
Xarici siyasət
28 Oktyabr , 2015 17:29
Səfir: Azərbaycan Pakistana öz yardımını təklif edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Azərbaycan zəlzələdən zərər çəkən Pakistana öz yardımını təklif edən ilk ölkələrdən biri olub".

Bu barədə "Report"a Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib. 

O, zəlzələdən dərhal sonra Pakistanın fövqəladə hallar nazirinə zəng vurduğunu və kömək təklif etdiyini söyləyib: "Azərbaycandan başqa, Türkiyə, İran və Hindistan da öz köməyini təklif edib". 

Diplomat qeyd edib ki, hazırda Pakistan hökumətinin həmin məsələ ilə bağlı rəsmi cavabı gözlənilir. 

Qeyd edək ki, oktyabrın 26-da Əfqanıstan və Pakistanda 7.7 bal gücündə zəlzələ baş verib. Nəticədə təxminən 300 nəfər həlak olub, çoxsaylı dağıntı var. 

Son xəbərlər

Orphus sistemi