​Pakistanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə imkansızlara qurban əti paylanacaq

​Pakistanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə imkansızlara qurban əti paylanacaq Aksiya İslamabad, Karaçi, Abbatabadda keçiriləcək
Xarici siyasət
15 Sentyabr , 2015 14:41
​Pakistanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə imkansızlara qurban əti paylanacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ Pakistanda Qurban bayramı münasibətilə imkansızlara qurban əti paylanacaq.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun "Report"a verdiyi məlumata görə, aksiya Heydər Əliyev Fondunun dəstəyi ilə sentyabrın 18-də baş tutacaq.

Səfirin sözlərinə görə, bu tədbir İslamabad, Karaçi, Abbatabad şəhərlərində keçiriləcək. O, həmçinin qeyd edib ki, bu aksiya çərçivəsində Pakistanda hər il təxminən 300 baş iribuynuzlu mal kəsilərək əti imkansız insanlara paylanılır.

Son xəbərlər

Orphus sistemi