Yuxarı

​Pakistanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə imkansızlara qurban əti paylanacaq

Aksiya İslamabad, Karaçi, Abbatabadda keçiriləcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ Pakistanda Qurban bayramı münasibətilə imkansızlara qurban əti paylanacaq.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun "Report"a verdiyi məlumata görə, aksiya Heydər Əliyev Fondunun dəstəyi ilə sentyabrın 18-də baş tutacaq.

Səfirin sözlərinə görə, bu tədbir İslamabad, Karaçi, Abbatabad şəhərlərində keçiriləcək. O, həmçinin qeyd edib ki, bu aksiya çərçivəsində Pakistanda hər il təxminən 300 baş iribuynuzlu mal kəsilərək əti imkansız insanlara paylanılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi