Səfir: Ermənistanın irqçilik kampaniyası 1994-cü ildə bitmədi, daha 20 ilə yaxın davam etdi

Səfir: Ermənistanın irqçilik kampaniyası 1994-cü ildə bitmədi, daha 20 ilə yaxın davam etdi Ermənistanın irqçilik kampaniyasının 1994-cü ilə qədər sona çatması ilə bağlı iddiaları etibarsızdır. Bu (kampaniya) işğal olunmuş ərazilərin 2023-cü ildə sonuncu azad edilməsinə qədər, demək olar ki, daha 20 il davam etdi.
Xarici siyasət
26 Aprel , 2024 15:04
Səfir: Ermənistanın irqçilik kampaniyası 1994-cü ildə bitmədi, daha 20 ilə yaxın davam etdi

Ermənistanın irqçilik kampaniyasının 1994-cü ilə qədər sona çatması ilə bağlı iddiaları etibarsızdır. Bu, işğal olunmuş ərazilərin 2023-cü ildə azad edilməsinə qədər, 20 il davam etdi.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Məhkəmədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Azərbaycanın şifahi arqumentini təqdim edərkən deyib.

“Ötən gün Ermənistan nümayəndəsi Azərbaycanın İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) Ermənistan tərəfindən pozulmasının əsasını təşkil edən irqçi ideologiyaya dair şərhlərini "indiki mərhələdə yersiz" adlandırıb. Bu cür suallar Ermənistanı narahat edə bilər. Lakin onlar etirazların hazırlanması mərhələsində tamamilə uyğundur, çünki bu, məhkəməyə Ermənistan tərəfindən mühüm yurisdiksiyası şübhə altına alınan Azərbaycan iddiasının müstəsna mahiyyətini və miqyasını anlamağa kömək edəcəkdir”, - o vurğulayıb.

Səfir xatırladıb ki, Ermənistan nümayəndəsi dünən əlavə üç bəyanatla çıxış edib: “Birincisi, o bildirib ki, nə Ermənistan, nə də “Dağlıq Qarabağ”dakı yerli nümayəndələr BMT-nin bu ərazilərə girişinə heç vaxt mane olmayıb. Lakin 2005-ci ildə Azərbaycan tərəfinin ölkənin mədəni irsinin vəziyyətini yoxlamaq üçün işğal olunmuş rayonlara missiya göndərmək xahişinə cavab olaraq UNESCO bildirib ki, Ermənistan təşkilatın bu ərazilərə girişini qadağan edib”.

“Eyni zamanda, Ermənistan nümayəndəsi təqdim olunan sənədli sübutlara məhəl qoymayaraq iddia etdi ki, “əslində BMT-nin girişinin qarşısını alan Azərbaycan olub”. Amma bu absurddur. Azərbaycan o vaxt Ermənistan tərəfindən işğal olunmuş ərazilərə girişi fiziki olaraq necə əngəlləyə bilərdi?”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi