Rüfət Bayramov: "TRACECA-ya üzv olan Xəzəryanı ölkələrin Tədbirlər Planı qəbul ediləcək"

Rüfət Bayramov: "TRACECA-ya üzv olan Xəzəryanı ölkələrin Tədbirlər Planı qəbul ediləcək" Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə (TRACECA) üzv olan Xəzəryanı dövlətlərin limanları və gəmiçilik şirkətləri arasında əlaqələri genişləndirilməsi məqsədilə Bakıda mayın 10-da TRACECA-ya üzv olan Xəzəryanı ölkələrin görüşü keçiriləcək.
İnfrastruktur
1 May , 2024 15:15
Rüfət Bayramov: TRACECA-ya üzv olan Xəzəryanı ölkələrin Tədbirlər Planı qəbul ediləcək

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə (TRACECA) üzv olan Xəzəryanı dövlətlərin limanları və gəmiçilik şirkətləri arasında əlaqələri genişləndirilməsi məqsədilə Bakıda mayın 10-da TRACECA-ya üzv olan Xəzəryanı ölkələrin görüşü keçiriləcək.

Bunu “Report”a açıqlamasında TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib.

Onun sözlərinə görə, görüş çərçivəsində Tədbirlər Planı qəbul ediləcək: "Bu Tədbirlər Planı Xəzəryanı ölkələrin limanları ilə gəmiçilik şirkətləri arasında əlaqəni gücləndirəcək. Bu, daha çevik və daha tez yükdaşımaların həyata keçirilməsinə töhfə verəcək”.

R.Bayramov deyib ki, dəhliz boyunca yükdaşımaların həcminin artımını nəzərə alaraq Xəzər üzərində keçirlərdə müəyyən gözləmələr mövcud olur: “Çatışmazlıqların aradan qaldırılması ilə bağlı bu görüş keçirilir. Görüş hibrid formada təşkil ediləcək".

Xatırladaq ki, TRACECA proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) ticarət və nəqliyyat nazirlərinin iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edib. 7-8 sentyabr 1998-ci il tarixlərində Bakıda 9 ölkənin - Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan və Ukraynanın dövlət başçıları, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib və TRACECA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib. Hazırda TRACECA-ya 14 ölkə üzvdür.

Son xəbərlər

Orphus sistemi