Lüksemburq şərq Tərəfdaşlığı ölkələrini sammitin qətnaməsi ilə bağlı həmrəyliyə çağırıb

Lüksemburq şərq Tərəfdaşlığı ölkələrini sammitin qətnaməsi ilə bağlı həmrəyliyə çağırıb Lüksemburq XİN başçısı: "Düşünürəm ki, Riqa sammiti qətnamənin qəbulu ilə bağlı kifayət qədər çətin olacaq"
Xarici siyasət
18 May , 2015 17:17
Lüksemburq şərq Tərəfdaşlığı ölkələrini sammitin qətnaməsi ilə bağlı həmrəyliyə çağırıb

Bakı. 18 may. REPORT.AZ/ Lüksemburq hesab edir ki, Şərq Tərəfdaşlığına üzv ölkələr Riqa sammitində Ukraynadakı vəziyyətin qiymətləndirilməsində həmrəy olmağa çalışmalıdır. "Report" "İA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Lüksemburq XİN rəhbəri Jan Asselborn bildirib.

"Düşünürəm ki, Riqa sammiti qətnamə ilə bağlı kifayət qədər çətin olacaq. Birincisi, Ukraynanın ərazi bütövlüyünə gəldikdə, hətta Şərq Tərəfdaşlığına üzv ölkələr arasında həmrəylik yoxdur. Lakin düşünürəm ki, bu məsələdə həmrəylik vacibdir. Krım məsələsinə dair beynəlxalq hüququn pozulmasını qınamaq üçün də həmrəylik lazımdır", -  Asselborn jurnalistlərə bildirib.

Sammit mayın 21-22-də Riqada keçiriləcək. Aİ-nin Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir. 

Son xəbərlər

Orphus sistemi